AZ
Video yüklə

Simarə İmanova 18 yaşlı oğlunu evləndirir

62 baxış Maqazin xəbərləri
Xalq artisti Simarə İmanova oğlunu evləndirir. “Qafqazinfo” xəbər verir ki, bu barədə muğam ustadı “5-də 5” proqramına qonaq olarkən bildirib.



Sənətçi 18 yaşlı oğlu Məhəmmədin tezliklə ailə quracağını söyləyib: “Gözləmədiyim anda xoşbəxtlik oldu. Oğlumu evləndirirəm. Qız evinin xəbəri var, doğmalarımın xəbəri yoxdur. Elçi gedəcəyik. Çox sadə insanlardır, uzaq qohumumuzdur. Oğlumun öz seçimidir”.



Qeyd edək ki, xanəndə 2001-ci ilin oktyabrında Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub. Onların bu nikahdan Çinarə adlı bir qız övladı da var.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.