Sevda Şəxsi həyatından danışır

  • 22.05.2024
  • 0

Müğənni Sevda Yahyayeva karyeradan sonra ailə qurmağın daha yaxşı olduğunu deyib. Bu barədə o, “Söhbət var” verilişində bəhs edib.

 

ifaçı özü bu cür addım atdığını deyib:

“Əgər imkan varsa, kayera qurub sonra ailə qurmaq yaxşıdır, çünki elə bir zəmanədə yaşayırıq ki, ailədə kişi və qadın pul qazanmalıdır. Ailə qurmaq qismət məsələsidir. Mən 30 yaşıma qədər ailə qurmaq haqda düşünmürdüm. Mən uşaqlıqdan bəri həmişə səhnədə olmaq istəmişəm. Şükür ki, nə arzulamışamsa, bu günə qədər hamısına çatmışam. 30 yaşından sonra düşündüm ki, mən artıq hər şeyi əldə etmişəm, evim, maşınım, işim, hər bir şeyim var. Baxdım ətrafıma gördüm hamısının ailəsi, uşağı var, ondan sonra məndə də bu istək yarandı. Şükür ki, o da oldu”.

 

Nə düşünürsən?