AZ
Video yüklə

Səmranın bu rəqsi tənqid olundu

390 baxış Maqazin xəbərləri
Avroviziya təmsilçimiz, müğənni Səmra Rəhimli yeni videosu ilə gündəmə gəlib. “Ölkə.Az” xəbər verir ki, ifaçı videonu “İnstagram” səhifəsində izləyiciləri ilə bölüşüb. Görüntüdə hərbi geyimi xatırladaq şalvar və qısa köynəkdə olan müğənni, ingilis dilində mahnı oxuyaraq rəqs edib. “Parlayıram necə brilliant, qururam pis plan”,- deyə Səmra paylaşımını şərh edib. Onun ehtiraslı rəqsi izləyicilər tərəfindən tənqidlə qarşılanıb. Səmranın alnında çəkilən göz işarəsi rəsmi isə xüsusi olaraq müzakirə olunub. “Bu elə bilir ki, indi qəşəng görünür”, “Özün elə şeytana oxşayırsan”, “Bilən oldu alnındakı göz işarəsi nədir”,- deyə ifaçının paylaşımına şərhlər yazılıb. Səmra isə tənqidlərə heç bir reaksiya verməyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.