Həbs olunan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirovun doğum günü qeyd edilib.
Yenilik.az xəbər verir ki, Rəşad Dağlının oğlunun doğum günündə meyxanaçılar – Orxan Lökbatanlı, Balaəli Maştağalı və Ruslan Müşviqabadlı iştirak ediblər.
Meyxanaçılar Yusiflə birgə kafedə kiçik məclis qurublar.
Qeyd edək ki, ötən ay Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.