Rəhim müğənnini tanımadı
162 baxış
Maqazin xəbərləri
Müğənni Rəhim Rəhimli həmkarı Ceyhun Əliyevi tanımayıb. Axşam.az xəbər verir ki, ifaçı "5/5" proqramında qonaq olarkən aparıcı onun "Gözümün içinə bax" mahnısını Ceyhunun ifasında səsləndirib. O, Rəhimdən kimin oxuduğunu soruşub. Rəhim isə sənətçini tanımayıb və "Çox adam oxuyub mənim bu mahnımı. Amma bu ifaçını tanımadım. Yəqin gənc oxuyanlardan biridir" sözlərini deyib. O, daha sonra oxuyan şəxsin Ceyhun olduğunu öyrənib. Rəhimin fikirlərinə C.Əliyev də cavabsız qalmayıb. O, müğənninin ünvanına "100 dolların üstündəki Benjamin Franklin deyiləm ki, hamı məni tanısın. Rəhim dostumdur, münasibətimiz də yaxşıdır. Bu günlərdə telefonla daha çox danışdığım sənət dostlarımdandır" sözlərini söyləyib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.