Tanınmış aparıcı Murad Əzimzadə ailə həyatı qurmağa hazırlaşır. Axşam.az 0xu.az-a istinadən xəbər verir ki, o, Müjgan adlı xanımla evlənəcək. Əzimzadənin toyu aprelin 16-sı paytaxtın dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək. Aparıcı məlumatı təsdiqləyərək bildirib: “Bəli, bir neçə gün sonra ailə həyatı quracam. Hər bir evdən toy sədası gəlməyini arzu edirəm”. Qeyd edək ki, bu, Muradın ikinci evliliyidir. Aparıcı bir neçə il öncə ailə qurmuş, daha sonra boşanmışdı.