"Avroviziya" qalibi Nigar Camalla müğənni Samir Piriyev arasında qalmaqal baş verib. "Qafqazinfo" xəbər verir ki, Nigarın həftəsonu "ATV maqazin onlarla" proqramında Samiri tanımadığını deməsi qarşı tərəfi özündən çıxarıb. qafqazinfo" xəbər verir ki, Piriyev instaqram-da həmkarına cavab verib: "Azərbaycanda müğənnilik edəsən və yetərincə tanınan müğənnini tanımayasan? Yaxşı ki, bir dənə "Avroviziya" oldu. Eldarın yanında (red- Eldar Qasımov) əlində bayraq qaçdı və tanındı. Yoxsa bu xanım necə məşhur olardı? Məni Aygün Kazımova tanıyır - Azərbaycanın divası, bir nömrəli ulduzu... Nigar Camal tanımasa da olar".