Nigar Şabanovadan şəxsi həyatı ilə bağlı qadağa

  • 26.03.2022
  • 0

Əməkdar artist Nigar Şabanova "7 canlı" proqramında şəxsi həyatı ilə bağlı ünvanlanan suala əsəbiləşib.

Axşam.az xəbər verir ki, xanəndə ona ünvanlanan "İlk evliliyin ailənin təkidi ilə olsa da, özünü xoşbəxt hiss etməməyin, narazılıq gətirib çıxardı Nigar öz seçimi ilə bir ailə həyatına imza atdı. Bu da çox danışıldı, söz-söhbəti belə reklam, gündəmdə qalmaq üçün edirsən dedilər" sözlərinə belə reaksiya verib:

"Verilişə gedəndə əvvəlcədən şərt kəsirəm ki, ailə söhbət olmasın. Mövzu qapansın. Özəl heç nə danışmaq istəmirəm. Paylaşım edilir, çox sağ olsunlar, amma insanlar başqa yerə yozurlar. Xahiş edirəm ki, verilişə dəvət alıramsa, özəl heç nə olmasın".

Hələ təqdim etmədiyi fotosessiyasından bəhs edən Nigar "Çərçivədən sıxıldım. Geyim seçməkdə çətinlik çəkirəm. Elnur Həsənova dedim ki, depressiyadayam, məni çıxart. Qarşımda fərqli Nigar görmək istəyirəm: qapanan yox, azadlığa çıxan qadın obrazı" sözlərini əlavə edib.

 

Nə düşünürsən?