AZ
Video yüklə

Namiq Aygünü Rəqsanə ilə əvəzlədi...

13 baxış Maqazin xəbərləri
Müğənni Rəqsanə İsmayılova meyxanaçı Namiq Qaraçuxurlu ilə duetini sosial şəbəkədə yayıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən görüntülər Moskvadakı toyların birində lentə alınıb.



Rəqsanə “hər zaman gözəl günlərdə görüşək, bəstələrinin dəsti xətti başqadır”- deyə bildirib. Qaraçuxurlu isə onun postuna “səninlə səhnə bölüşmək çox xoş oldu” şərhini yazıb.



Maraqlısı odur ki, həmin ifa Namiqin Xalq artisti Aygün Kazımova ilə səsləndirdiyi “Bağlanıram”dır. İnstaqram istifadəçiləri də bir zaman fenomenə çevrilən duetin Rəqsanə tərəfindən korlandığını deyiblər. Bildirilib ki, sözügedən mahnı təkcə Aygün və Namiqə yaraşır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.