Nadir Qafarzadənin xeyli pulu batdı

  • 08.09.2022
  • 0

"ARB" telekanalında yayımlanan "Həmin Zaur" verilişinin budəfəki qonağı müğənni Nadir Qafarzadə olub.

Gundem.az xəbər verir ki, o, aparıcı Zaur Kamalın "Eşitdim, artıq heç kimə borc verməyəcəksən" sözünə cavab olaraq bunları deyib:

"Məndən borc istəyəndə əvvəl verirdim, olurdum yaxşı oğlan, qaytarmaq vaxtı çatanda oludum pis.

İndi pulum var, amma borc vermirəm, çünki indidən pis olmaq istəyirəm".

Borcda batdığı pulların miqdarı barədə isə Nadir Qafarzadə 100 min manatdan çox itirdiyini etiraf edib.