AZ
Video yüklə

Məşhur türk serialından “Qarabağ”a dəstək

6 392 baxış Maqazin xəbərləri
Türkiyənin “FOX” telekanalında yayımlanan “Savaşçı” serialının 23-cü bölümünün maraqlı fraqmanı yayılıb.

Oxu.Az-ın xəbərinə görə, bölümdə Azərbaycan və Türkiyə qardaşlığı, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndirilib.

Ölkəmizdə də maraqla izlənilən serialda “Kılıç” manqasının əsgərləri “Qarabağ” xareoqrafiyası ilə diqqət çəkib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Atletiko” matçında ağdamlı azarkeşlərin “Qarabağ” adı yazılan kiçik xareoqrafiyası müzakirələrə səbəb olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.