AZ
Video yüklə

Məşhur modelin atası faciəvi şəkildə öldü

104 baxış Maqazin xəbərləri
Türkiyənin tanınmış modeli Simge Tərtəmizlə modelyer Eyləm Tərtəmizin 60 yaşlı atası Metin Tərtəmiz 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Metin Tərtəmiz bacısı ilə birgə yaşadığı evin pəncərəsindən düşüb. Hadisə yerinə təcili yardım çağrılsa, onun həyatını xilas etmək mümkün olmayıb. Modelin atasının cəsədi tibbi ekspertizaya göndərilib. Simge atası ilə fotosunu sosial şəbəkədə paylaşaraq “Kədərimiz təsvir edilə bilməz, gedişin çox tez oldu. Haqqını halal et, atam. Məkanın cənnət olsun” yazıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.