"Mən şortik geyinsəm, hamı ..." - Pişik Günel
53 baxış
Maqazin xəbərləri
ARB TV-nin “Show news” verilişininin növbəti müsahibi müğənni Günel Ələkbərova olub. Müğənni bəd-nəzərdən söhbət açıb: “Bütün günü evdə üzərlik yandırıram. Axırda Fövqaladəyə zəng edəcəklər ki, gəlin bunları aparın, evdə yanğındır. Nə qədər üzərlik yandırmaq olar? Bütün günü efirdə olmuram, hərdən-birdən çıxıram onda da aləm dəyir bir-birinə. Gözü dəyənin gözləri çıxsın. Üzərlik hərliyəndə də deyirəm ki, kimin gözü var, gözü çıxsın”. Günel geyimlərinin söz-söhbətə çevrilməsindən şikayətlənib: “Camaat alt paltarında çölə çıxır onlara heç nə deyən yoxdur. Mən şortik geyinsəm hamı başlayır. Nolub? Tənqid yazanları vecimə də almıram”.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.