Dünəndən etibarən sosial şəbəkələrdə “Fairmont Baku”dakı fotolarına görə tənqidlə üzləşən aparıcı-aktrisa Mələk Heydərova üzr istəyib. Anons.az xəbər verir ki, o, karantin qaydalarının pozulduğu hoteldən şəkil paylaşmağın düzgün addım olmadığını, məzuniyyətdə olduğu üçün belə addım atdığını bildirib: “Məlum məsələdir, ölkəmizdə karantin rejimi hökm sürür. Qaydalara əməl etmək hər birimizin borcudur. Biz nə vəzifəmiz, nə də statusumuzla başqalarından fərqlənmirik. Sosial şəbəkələrdə mənim həftəiçi çəkdirdiyim şəkillər paylaşıldı. Bununla bağlı üzxahlıq etmək istəyirəm. Hazırda mən məzuniyyətdəyəm. Artıq bir həftədir işə getmirəm. Düşündüm ki, məzuniyyətimi yaxşı dəyərləndirim. Amma görünən odur ki, düzgün dəyərləndirə bilməmişəm”.