Müğənni Manaf Ağayev "Rəngarəng səhər"də gənc sənət yoldaşı Leyla Rəhimovaya müraciəti ilə yadda qalıb.
TEMPİNFO xəbər verir ki, Manaf Leyla ilə duet ifa etmək üçün bütün hazırlaqların onun tərəfindən yekunlaşmasına baxmayaraq, Leylanın 4 aydır öz hissəsini studiyada ifa etmək üçün getmədiyini və bunu hər dəfə "səsinin işləmədiyi" bəhanəsinə bağladığını qeyd edib.
Müğənni efirdə Leyladan bərk incidiyini sözlərinə əlavə edib: "Necə olur, toya gedirsən, toyda səsin şaqqıldayır, amma buna gələndə 4 aydır, səsin işləmir?! Məni yola vermək olmaz, mənlə oynamaq olmaz".