Kamil Zeynallının bir oturuma yedikləri hər kəsi təəccübləndirdi

  • 18.07.2023
  • 1

Kamil Zeynallının bir oturuma yedikləri hər kəsi təəccübləndirdi 

Tanınmış fitness məşqçisi Kamil Zeynallı dəyişimi ilə izləyicilərini təəccübləndirməkdə davam edir. 

Hər dəfə sosial şəbəkə hesabında yeni görüntüsünü paylaşan idmançıya görünüşü ilə bağlı yüzlərlə şərh yazılır. 

Xeyli arıqlayaraq əzələ yığan idmançı bu dəfə qida rasionunu pərəstişkarları ilə bölüşüb.

 

Onun yeməyi ilə bağlı  paylaşdığı video isə hər kəsin gözünü kəlləsinə çıxarıb. Belə ki, 38 yaşlı idmançı səhər yeməyində 12 soyutma yumurta, üstəgəl, kükü yeməsi ilə bağlı görüntüləri izləyiciləri ilə bölüşüb.

Təəccübə səbəb olan videoya qısa zaman ərzində yüzlərlə şərh yazılıb. Sosial şəbəkə istifadəçiləri bir oturuma bu qədər yeməyin mümkünsüz olduğunu iddia ediblər.