Kamil Zeynallı: "Vaxt var idi anamla onun-bunun qapısında işləyirdik"

  • 25.08.2018
  • 0

"Deyirəm ki, qurban olum Allaha, vaxt var idi anamla onun - bunun qapısında işləyirdik, dolanmaq üçün... onun-bunun evində qalırdıq evimiz yox idi deyə, onun -bunun sözünü götürürdük, onun-bunun paltarlarını geyinirdik, onun-bunun yeməyini yeyirdik ac qalmayaq deyə..." BiG.AZ xəbər verir ki, bu sözləri tanınmış idmançı Kamil Zeynallı bildirib. O yaşadığı çətin günləri etiraf etməkdən çəkinməyib. O sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq, izləyicilərinə səslənib: "Həmişə ananızı eşidin, yoxsa peşiman olacaqsınız"