Loristandan olan Əli Tulabi adlı uşağın İranın “Kanal 3” televiziyasında yayımlanan “Əsri Cədid” proqramındakı ifası sosial şəbəkələrdə trend olub.
Kult.az xəbər verir ki, münsiflər heyəti qarşısında “Ayrılıq” mahnısını oxuyan Əli Tulabinin ifası 1 il öncəyə aiddir.
Yarışmada bir neçə dildə oxuyan Tulabi münsiflərin “Azərbaycanca, türkcə də mahnı oxuya bilirsənmi?” sualına “Bəli” cavabını verərək, “Ayrılıq” mahnısını ifa edib. Onun ifası münsiflər və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sözügedən video hazırda dünyada yaşayan Azərbaycan türkləri arasında fenomen olub.
TEMPİNFO