AZ
Video yüklə

Heç bir aparıcının başı üçün deyil ki... - Hüseyn Məhəmmədoğlu

414 baxış Maqazin xəbərləri
"5/5"də qonaq olan Hüseyn Məhəmmədoğlu ilə aparıcı Zaur Kamal arasında gərgin anlar yaşanıb.
Milli.Az xəbər verir ki, aparıcı ilə klarnet ifaçısı arasında gərginlik verilişin ilk dəqiqələrindən başlayıb:
"Sən heç utanmadın İnstaqramda mənim adımı yazanda? Dedin "Hər aparıcının başı üçün deyil". İndi görək baş kimin olacaq.
- Hər aparıcının başı üçün deyil ki, mənim sənətim haqqında nəsə rəy bildirsin.
Amma mənim başım üçündür sənin sənətin haqqında rəy bildirim. Çünkü sən hələ heç yoxuydun, səni mən efirə çəkdim, səni mən tanıtdırdım, səni mən sevdirdim.
- Sən məni tanıtdıra bilərsən. Amma sənətim haqqında yox, sən mənim özüm haqqımda rəy bildirə bilərsən.
Hansı aparıcıya söz vururdun, onu mənə de.
- Birinci elə sənə!
Qeyd edək ki, Hüseyn Məhəmmədoğlundan günlər öncə Zahid Sabirabadlı Zaurun verilişinin qonağı olub. Verilişdə həmkarı tərəfindən ünvanına səsləndirilən ifadələr məşhur klarnet ifaçısının sosial şəbəkə hesabında cavab verməsi ilə nəticələnmişdi.
Verilişdən sonra Hüseyn Zaurla aralarında yaşanan gərginliklə bağlı bu paylaşımı edib:
Bu da Hüseynin Zaur Kamal ilə canlı yayımda mübahisəsinə səbəb olan həmin atmacalı statusu:
"Keçən dəfə sən, Zahid Əiyev, efirə çıxıb biraz ağzına gələni danışdın. Sonra da görəndə məni üzr istədin. "Allah bağışlayandır" deyib keçdim. Bugün də Zaurun verlişinə çıxıb başından böyük danışırsan. Mən klarnet aləmində iz qoymuş böyük sənətkar Məşədi Məhəmmədin oğluyam və davamçısıyam. İkincisi, ola bilər mənim ifaçılığım bir ildir düzəlib, ancaq sən hələ də düzəlməmisən. ALLAH ŞƏFA VERSİN. Üçüncüsü isə heç bir aparıcının başı üçün deyil ki, məni verilişinə dəvət edib, sənə dediklərini mənə də deyə bilsin. Özünə hörmət qoymursansa, heç olmasa ifa etdiyin alətə hörmət qoydurmağı bacar".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.