Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb. oxu.az- xəbər verir ki, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib. Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub. Fədayə etiraf etdi: “Qoca” ilə bələdçinin otağında görüşdüm O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib: “Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”. O, saxlanma şəraitindən narazılıq etməyib.