Gənc aktrisa fəaliyyət sahəsini niyə dəyişdiyini açıqladı

  • 10.09.2021
  • 0

“Podkast kimi adam” layihəsinin yeni buraxılışı yayımlanıb.

Oxu.az xəbər verir ki, Səməd Mehribanın təqdimatında yayımlanan podkastın budəfəki qonağı gənc aktrisa Aydan Həsənzadə olub.

Tamaşaçıların yaddaşında daha çox “İmtahan” və “Yalan Həqiqət” seriallarındakı obrazları ilə qalan aktrisa, nəyə görə ilk ali təhsilini memar-dizayner kimi aldığını və sonradan teatr rejissorluğu ixtisasını seçməsi haqqında ətraflı danışıb.

Bundan başqa aktrisa diyet, qızların təhsil alması, teatr haqqında fikirlərini bölüşüb və baş rolda oynadığı “Son Nəfəs” serialı haqqında məlumat verib.

Ətraflı videonu təqdim edirik: