AZ
Video yüklə

"Evini düzəldəcəkdim, çox yuxarıdan getdi"

72 baxış Maqazin xəbərləri
Tanınmış ifaçı Şəbnəm Tovuzlu maraqlı açıqlamaları ilə diqqət çəkib.

BiG.AZ-ın məlumatına görə, müğənni MTV xəbərə danışıb. Baxımlı xanım, geyim və aksesuarlarına xərclədiyi məbləği açıqlamaqdan çəkinməyib.

"Aksesuarı çox sevirəm. Elə saatım var ki, onun qiyməti 1500 manatdır. Elə boyunbağım var ki, gümüşdür, onun qiyməti 500 manatdır. 100 manatlıq geyimim də var, 200 manatlıq da. Deyim ki, hamısı 800-1000 manatlıqdır, yox, bu yalan olar. Evimdə bir otaq tək qarderobdur, ən bahalı paltarımın qiyməti 1800 manatdır. Daha sonra, 500, 700, 800, 1000 manatlıq da var. Kürklərə gəlsək, 5 kürküm var, qiymətləri 17000 manatdır. Qarderobumda ən sevdiyim şey isə əl çantalarım, dikdaban ayaqqabılarımdır. 40-50 cüt, bəlkə də daha çox ayaqqabım var.

Bundan əlavə, ifaçı, bir pərəstişkarının ev şəraitini yaxşılaşdırmaq istəyib. Amma daha sonra, bu fikrindən daşınıb. Buna səbəb olaraq isə həmin şəxsin ondan istifadə etdiyini düşündüyünü söyləyib:

"Elə insanlar var, elə təkliflər edirlər ki. Ev söhbətinə mən canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Evin ətrafına baxmaq, hesab aparmaq üçün adam göndərdim. Bu insan başqa bir şey istədi: 2 otaqlı ev, kuxna, hamam. Hesabladım ki, 18-20 min manata gəldi. O zaman dedim ki, qardaş, sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetoloji edəcəkdim. Açığı fikrimdən döndüm. Çünki o insan bambaşqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.