Müğənni Elnarə Xəlilova 1 həftəyə 16 manatla dolanır. Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi “ATV maqazin onlarla” deyib. O bildirib ki, bəzən heç cibində pul da olmur: “16 manat bir həftə sumkamda fırlana bilər. Özümə pul xərcləmirəm. Maşınımda benzin, telefonumda pul olsa bəsimdir. Gün ərzində heç yemək də yeməyə bilərəm. Getdiyim yerlərdə ayaqüstü çay içdim bəsimdir. Bəzən elə olur ki, maşınımı "parkovka" edirəm, əlimi atıram ki, pul yoxdur. Üstümdə olan pulun sayını bilmirəm, önəmsizdir. Həyat yoldaşım əlimdən tutub filmə aparsın bəs edir”.