"Elə bil ki, oğluma gəlin gətirmişəm" - Aybəniz Haşımova
81 baxış
Maqazin xəbərləri
Əməkdar artist Aybəniz Haşımova "Xəzər Tv" yayımlanan "5də 5" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal bildirib ki, Aybəniz Haşımova kürəkəni haqqında danışarkən "elə bil ki, gəlin gətirmişəm amma oğluma gətirmişəm deyir. Yəni kürəkənin o qədər çox sevir" deyib.
Əməkdar artist kürəkəni haqqında danışarkən bildirib ki, onu övladı qədər çox sevir:
"Bizim tərəflərdə ailə dəyərlərinə çox önəm verirlər. Gəlini də kürəkəni də çox sevirlər. Sən gərək onları sevəsən ki, onlar da səni sevsin".
Qızı Aynişanın toyundan danışan müğənni qeyd edib ki, toyun gözəl keçməyinə səbəb ortada sevgi olmasıdır:
"Sevgi olmayan yerdə heç nə gözəl ola bilməz. O toyda sevgi var idi. Aynişan ora gələn qonaqların hamısının balası idi. Hamının əmanəti idi. Hamı istəyirdi ki, əmanətinin toyunda iştirak etsin. Hər kəs orada doğma idi. Orada mənim yerimdə hamı eyni missiyanı yerinə yetirirdi. Qonaqları qarşılamaq, bütün bu işlərlə mənlə bərabər hamı məşğul idi. Hələ də nə baş verdiyi mənə çatmır. Uşaqlıqdan səhnədəyəm amma bunun həyəcanı başqa imiş. Mən hələ də yuxudayam".

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.