Müğənni Sevil və Sevinc Səfərovalar bir müddət əvvəl Damla ilə küsülüyə son qoymuşdu. Axşam.az-ın məlumatına görə, əkizlərin “O başdannan” verilişində verdiyi açıqlamalar qalmaqala səbəb olacaq. Bacılar Damlanı paxıllıqda günahlandırıblar: “Damlayla ünsiyyətim yoxdur. Ən pis cəhəti odur ki, insanın nə xeyrinə, nə də şərihə yaramır. İnsanın qapısında şər də, xeyir də olur. Nəsə etməlisən. İnsan olaraq ən pis cəhəti budur. Xeyir və şərə getmək vaxt tələb etmir. Onda paxıllıq da, qısqanclıq da var. Bu da qabağa getmək üçün yaxşı şeydir. Məndə də bu hiss var. Olmasaydı, qabağa getməzdim”. Sevil və Sevinc daha sonra müğənni natavan Həbibi haqda danışıblar: "Natavan özündənrazıdır və səmimi deyil". Qeyd edək ki, əkizlər bir neçə müddət əvvəl Damla ilə Rusya toylarının birində bir araya gəlmişdi. Bacılar sənətçi ilə videosunu yaymışdı.