AZ
Video yüklə

Azərbaycanda ilk dəfə pantomima filmi çəkildi

733 baxış Maqazin xəbərləri
Azərbaycanda “Sülhün yaranması” adlı pantomima filmi lentə alınıb.

Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, ekran işinin rejissoru Rauf Əhmədov, operatoru Emin Hüseynovdur. Filmin musiqisini Sevinc Tofiqqızı bəstələyib.

S.Tofiqqızı bildirib ki, “Sülhün yaranması” xaricdə də nümayiş olunacaq:

“Bu, Azərbaycanda ilk pantomima filmidir. Yaxın günlərdə teatrlarımızdan birində nümayiş ediləcək. Daha sonra isə xaricdə festivallara göndəriləcək. İnanıram ki, maraqla qarşılanacaq. Bu bizim Rauf Əhmədovla son işimiz deyil. Yaxın günlərdə böyük bir layihəyə imza atacağıq”.

Ekran işində aktyorlar Əli Əlizadə, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Nurlan Rüstəmov çəkiliblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.