“13 yaşımda atam rəhmətə getdi. Bundan sonra anam il yarımadək işləmədi. Dayım dedi ki, ona baxacam. O vaxt artıq pul qazanmağa başlamışdım. Amma anama yazığım gəldi, fikirləşdim ki, cavandır. Ona bu sualı verməli idim. Yoxsa onun gözündə özümü hissiyatsız biri kimi görünərdim”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Ay Zaur” proqramında qonaq olarkən bildirib. Müğənni bildirib ki, atası dünyasını dəyişdikdən sonra anasını yenidən evləndirmək istəyib: “23 yaşımda anama dedim ki, ərə get. Cavab verdi ki, məsləhətini özünə saxla. Söylədi ki, sən başqa birinə ata deyə bilərsən? Məsələ bağlandı”. C. Məmmədov qızının Türkiyənin tanınmış aktyoru ilə ailə qurduğunu bildirsə də həmin şəxsin kimliyini açıqlamayıb: “Oğluma qız axtarırdıq. Dostumun qızı ilə evləndirdim. Qızım isə Türkiyənin tanınmış aktyoru ilə evləndi. İndi hazırda Bakıdadır. Qızıma Nizami küçəsində ev almışam, onu kirayə verirlər. Hazırda onun pulu ilə yaşayırlar. Oğlan isə çəkiliş olduqca Türkiyəyə gedir. Təkcə qızıma yox, oğluma da ev almışam. İkisi də ali təhsillidir”. İfaçı daha sonra indiyədək 67 maşın dəyişdiyini qeyd edib: “Ən bahalı maşınım “Rolls Royce” olub. Bir az işlənmişdi, 480 min dollara aldım, sonra 150 minə satdım. Hər şeyin keyfiyyətlisini almaq istəmişəm. İndiyədək 67 maşın alıb- satmışam”.