Adətən, filmlərdə erotik səhnələri xarici kinolarda, seriallarda görürük.
Ancaq Azərbaycanın istehsal etdiyi bəzi ekran əsərləri var ki, həmin filmlərdə də məhz yuxarıda qeyd etdiyimiz səhnələrə müraciət edilib.
Həmin filmlərdən bəziləri hətta kino tariximizin ən uğurlu əsərlərindən sayılır.
Bu mənada 1995-ci ildə lentə alınan "Yarasa" filmini misal çəkə bilərik.
"Yarasa" filmi, 1995-ci il
Azərbaycanın ən uğurlu filmlərindən biri heç şübhəsiz "Yarasa" filmidir. "Yarasa" tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır.