AZ
Video yüklə

Aynişan nişanlısı ilə Şahdağda “love story” çəkdirir

213 baxış Maqazin xəbərləri
Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan nişanlısı, fitnes məşqçi Kənan Əliyevlə birgə Şahdağa yollanıb.

Sfera.az xəbər verir ki, Aynişan şəxsi "Instagram” hesabının "hekayə” bölməsində nişanlısının yeni görüntülərini paylaşıb.



O, "Hamını Şahdağdan salamlayıram. Buraya gəlməyimizin məqsədi fotoqrafların köməyi ilə bizim möhtəşəm "love story”imizi çəkməkdir. Bura çox gözəldir” deyərək, nişanlısını və onlarla birlikdə fotoqrafların görüntüsünü telefonunun kamerasına həkk edib.



Paylaşdığı videogörüntülərdə nişanlısına səslənən Aynişan "Kənan profil bax, çox qəşəngsiz” deyərək Kənanı təriflərə qərq edib. Qeyd edək ki, cütlüyün toy mərasimi fevral ayında baş tutacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.