Aygündən Brillianta ismarış: "Hislərinə hörmətlə yanaşıram"

  • 31.01.2022
  • 0

Röya ilə duetimiz olub, maraqla da qarşılandı. Zülfiyyə ilə "Aypara" qrupunda oxumuşuq. Natavanla da səhnədə duet oxumuşuq. Onlar mənim balaca qızlarım olanda. İndi böyük qızlarımdır. 

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Şourum" proqramının "Deyirlər ki" rubrikasında deyib. 

Sənətçi aparıcının "Qadınlar arasında kimlə duetiniz tamaşaçıya maraqlı olardı" sualına belə cavab verib:

"İndi tamaşaçıya nə maraqlı olar? Küsülü deyiləm. Qarşı tərəfin hislərinə hörmətlə yanaşıram. O, mənə belə yanaşır, mən də ona sevgiylə yanaşıram. Tamaşaçıya Brilliant Dadaşova ilə duet oxusam, maraqlı gələr. Demirəm, bunu istəyirəm. Deyirəm ki, bu duet tamaşaçıya maraqlı gələr".

Nə düşünürsən?