"Azad Azərbaycan" (ATV) televiziyasının efirində biabırçı hadisə yaşanıb. Redaktor.az xəbər verir ki, "Zaurla Günaydın" verilişində qonaq olan Səidə Sultan efirə yaraşmayan ifadələr işlədib. Tanınmış aparıcı Zaur Baxşəliyev isə onun sözlərini təkrar edib: ATV-nin rəsmi "Youtube" kanalında da verilişdən bu hissə, "Əvvəllər yaxşı bulayırdım, indi mostum qaçıb" başlığı ilə yerləşdirilib. Qeyd edək ki, bundan əvvəl də efirdə qeyri-etik ifadələrə yol verdiyinə görə, bir neçə kanalın yayımı Milli Televiziya və Radio Şurası dayandırılmışdı.