2018-ci it ilinin şou aləmində ən son qalmaqalı müğənni Səbinə Selcanla aşıq Namiq arasında yaşanıb.
Dərgi.az xəbər verir ki, kamera önündə yaşanan qalmaqalda sənətçilər əsəblərinə hakim kəsilə bilməyib. Gənc müğənni Səbinə Selcanla Namiq Fərhadoğlu dalaşıb.
Kameralar önündə baş verən hadisə zamanı S.Selcanın davranışlarından elə başa düşülür ki, aşıq Namiq ona intim formada sataşıb. Əldə etdiyimiz məlumata görə, müğənninin bu qədər dava salmasına səbəb, Şəbnəm Tovuzlunun ad günündə Namiqin onunla görüşən zaman üçün əlini qıdıqlaması olub.
Bundan sonra tərəflər arasında söyüşlü dava baş verib. Namiqin bu davranışını intim sataşma kimi qiymətləndirən müğənni onu təhqir edib.
N.Fərhadoğlu isə hesab edir ki, bütün bunlar ucuz piar üsuludur və gənc müğənninin tanınması üçün atılmış addımdır. Dərgi.az saytına danışan aşıq bunları deyib: "Türkiyədə tanınmaq üçün 30 min manat pul xərcləyib, heç bir işə yaramayıb. İndi mənə sataşır ki, gündəmə gəlsin. Həmin xanım mənim çəkimdə biri deyil, ona heç cavab vermək istəmirəm”.
S.Selcan isə ona cavabında, "Eşitmişəm hər kəsə hədə qorxu gəlirsən və ya pul gücünə videonu sildirirsən. Sənin qabağında uşaq yoxdur. Qadınları aşağılamaq olmaz. Mən mədəniyyət xatirinə məclisə sonradan daxil oldum, sənə də əl uzadıb, salam verdim. Əl hərəkəti etmək sənin tərbiyəsizliyindir. Mən buna susmadım. Etiraz etdim ki, yerini biləsən. Deyirsən ki, "Səbinə mənimlə reklam olur”, ay kişi, sən Faiq Ağayevsən, Röyasan, Aygün Kazımovasan? Özün orada jurnalistlərə deyirsən ki, niyə məndən yazmırsız ? Amma mənim elə problemim yoxdur. Bir az da əsəbləşdirsən yumacağam gözmü, açacam ağzımı. Unutma, qarşında gücsüz qadın yoxdur, əzib keçəsən, əlimin içini qıdıqladığın o əlini sındırıb ayağının altına atarlar” – deyib.