Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal Xatirənin sonuncu konsertində geyindiyi açıq libasından danışlb. Aparıcı sosial şəbəkədə Xatirəyə paltarla bağlı yaşılan şərhləri səsləndirib. Xatirə açıq paltarı haqda deyilənlərə belə cavab verib: “Bəsdirin də... O qədər oğlan kimi xasiyyətim var ki, hərdən açıq-saçıq geyimlərimdən özüm də utanıram. Özümə deyirəm ki, az, bəs deyil? Amma o da lazımdır, səhnə bunu istəyir. Elə məkan var onun yeri yoxdur. Elə səhnə var ki, o paltarı istəyir. Adi həyatda yayda şortik də geyinmişəm”.