"5-də 5"də BİABIRÇILIQ - Müğənni o qədər qısa geyindi ki... - "Birdən "broşkan" yerə düşsəydi..." - GOLDNEWS.AZ

  • 24.01.2018
  • 0

Xəzər Tv-də yayımlanan və hər buraxılışı müxtəlif qalmaqallara səbəb olan, aparıcı Zaur Kamalın aparıcılığı ilə efirə çıxan "5-də 5" verilişinin bu günkü qonaqları tanınmış müğənni Tacir Şahmalıoğlu, xanəndə Eldəniz Məmmədov və gənc müğənni Cəmalə Qanbayeva olub. GoldNews.Az xəbər verir ki, aparıcı Zaur Kamal verilişə sonuncu qatılan gənc müğənnini efirə dəvət edib və xanım müğənni səhnəyə çıxdıqda, onun geyimi sözün əsl mənasında görənləri şoka salıb. Belə ki, müğənninin efirə yaraşmayan, biabırçı vəziyyətdə olan qısa geyiminə aparıcı da öz iradını bildirib. Zaur Kamalla ifasını bitirdikdən sonra gənc müğənni arasında belə bir dialoq yaşanıb: - Zaur Kamal: Sən 100 faiz efirə gəlmisən? - Kəmalə Qanbayeva: Yüz faiz efirə gəlmişəm. - Zaur Kamal: Birdən "broşka"n yerə düşsəydi, onu necə götürərdin? - Kəmalə Qanbayeva: Çox gözəl, rahat (əyilərək göstərir) - Zaur Kamal: Yaxşı, oturmaq istədikdə necə oturacaqsan? - Kəmalə Qanbayeva: Yaxşı, bax belə, heç narahat olma (oturur) - Zaur Kamal: Mən dedim bu qız ayaq üstə qalacaq, ya da bu yastıqları yanına yığacam. Həmin videonu təqdim edirik: