"Zenit"in kapitanı medalı cizgi film qəhrəmanı kimi aldı

  • 03.05.2021
  • 0

"Zenit" klubu Rusiya Premyer Liqasında 2020-2021 mövsümünün qalibi olub.

Offsideplus.az xəbər verir ki, sona iki tur qalmış "Zenit" çempionluğunu rəsmiləşdirib. Sergey Semakın komandası 28-ci turda ən yaxın izləyicisi "Lokomotiv"ə qalib gələrək xal fərqini 9-a çatdırıb və çempionluğunu qeyd edib.

Komandanın kapitanı Artem Drzyuba məşhur cizgi film və kino xarakteri "Deadpool"un kostyumunu geyinərək çempionluq medalını qəbul edib. 

"Zenit" klubu "Tvitter" hesabında həmin film xarakterini canlandıran aktyor Rayan Reynoldsun paylaşılan şəkili bəyəndiyini qeyd edib.

Nə düşünürsən?