"Yuventus" 9-cu dəfə İtaliya Super Kubokunu qazandı

  • 21.01.2021
  • 270 baxış
  • 0

"Yuventus" klubu tarixində 9-cu dəfə İtaliya Super Kubokunun sahibi olub. Offsideplus.az xəbər verir ki, Turin komandası bu nailiyyəti "Napoli" üzərində qələbə sayəsində əldə edib - 2:0. Reco-Emiliya şəhərindəki "Mapey" stadionunda təşkil olunmuş qarşılaşmada ilk qolu 64-cü dəqiqədə Kriştiano Ronaldo vurub. "Napoli"nin bu qola 80-ci dəqiqədə cavab vermək imkanı olsa da, Lorentso İnsinye penaltidən fərqlənə bilməyib. Əvəzində 90+6-cı dəqiqədə Alvaro Morata yekun nəticəni müəyyənləşdirib. Qeyd edək ki, "Yuventus" İtaliya Super Kubokunu sonuncu dəfə 2018-ci ildə qazanıb.

Nə düşünürsən?