UFC tarixində zərbə vurmadan qazanan ilk döyüşçü

  • 25.04.2021
  • 0

Mültəq Döyüş Çempionatının (UFC) keçmiş qalibi amerikalı Kris Uaydman yamaykalı rəqibi Yuraya Hol ilə qarşılaşmada ciddi zədə alıb.

Müvafiq görüntüləri UFC rəhbəri Deyn Uayt özünün “Instagram” səhifəsində paylaşıb.

Aprelin 25-də ABŞ-ın Ceksonvil şəhərində keçirilən qarşılaşma UFC 261 turniri çərçivəsində baş tutub. Görüşün 17-ci saniyəsində amerikalı döyüşçü rəqibinə ilk ayaq zərbəsini endirib və dərhal da yerə yıxılıb. Uaydın isə ayağının sındığı məlum olub.

Görüş dayandırılıb və Hol texniki qalibiyyət qazanıb. O, MMA tarixində bir zərbə belə vurmadan qələbə qazanan ilk döyüşçü olub.

Nə düşünürsən?