Samir Abasovun mətbuat konfransı

  • 04.04.2021
  • 0

“Neftçi” klubunun baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunda evdə "Sumqayıt"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransına qatılıb.

 Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin məğlubiyyət çərhi belə olub:

"Məğlubiyyətdən sonra nəsə demək çətindir. Futbolçuların günahları yoxdur. Rəqibi təbrik edirik. "Sumqayıt"ın qələbəsinə kölgə salmırıq. Düşən imkanlardan yararlandılar və qalib gəldilər. Bu oyun bizi qorxudurdu. Statistikamız uğursuz idi. Qış toplanışından sonra “Səbail”ə qarşı bərbad oynadıq. Sonra növbəti fasilə olanda da “Zirə”yə uduzduq. Məşqçilər heyətinin günahıdır ki, bunu bilərək komandanı yetərincə hazırlaya bilmədik. Azarkeşlərimizdən dönə-dönə üzr istəyirik. Problem “Sumqayıt” yox, fasilədən sonra tempi qoruya bilməməyimizdir. Bunun öhdəsindən gələ bilmədik. Bu, bizə zərbədir. Motivasiya, istək var idi, amma intizamdan qopmaq bizi üzdü”.

Abasov, çempionatda yaranan fasilədən düzgün istifadə etmədiklərini əlavə edib:

"Aqressiya çox idi deyə intizam pozuldu, tələskənlik oldu. Futbolçular qələbə üçün nə etmirdilər ki? Məni üzən oyun intizamını qoruya bilməməyimizdir. Səbəb fasilədən düz istifadə etməməyimizdir. Matçın sonunda təlaş olduğu üçün oyunçuları meydandan çıxardım. Başqa problem yox idi”.

Nə düşünürsən?