Ronaldinyo "Barselona"ya fantastik qolla vida etdi

  • 01.03.2021
  • 0

İspaniya La Liqasının klassik qollar, unudulmaz xatirələrlə dolu keçmişinə nəzər salaq.


Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, 2008-ci il martın 1-i "Atletiko Madrid" köhnə stadionu "Visente Kalderon"da "Barselona"nı qəbul edirdi. Qonaqlara qarşı çətinlik çəkən "katalonlar" oyunun 29-cu dəqiqəsində hesabı açıb. Xavi Hernandezin məhsuldar ötürməsini braziliyalı Ronaldinyo möhtəşəm akrobatik zərbə ilə qola çevirir. 

Bu qol Ronninin fantastik bacarıqlarının bir örnəyi olmaqdan əlavə, 145 oyunda vurduğu 70-ci və sonuncu qol idi. 28 yaşı olmasına baxmayaraq fiziki problemlər yaşayan Ronaldinyo yayda "Barselona"nı tərk edib, "Milan"a yollandı. 

Qeyd edək ki, "Atletiko" - "Barselona" qarşılaşması hazırda "Mançester Siti"nin ulduzu Serxio Aqueronun dublu və 4:2 hesabıyla başa çatmışdı.

Sonda, Ronaldinyonun o möhtəşəm vida qolunu təqdim edirik:

Nə düşünürsən?