Rəşad Sadıqov: "Ondan sonra isə etiraz etməyə başladıq"

  • 21.04.2021
  • 0

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinalında "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı mütəxəssis oyunla bağlı bunları deyib:

"Maraqlı oyun oldu. Yarımfinala layiq görüş alındı. Birinci hissədə diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq. Hələ ilk 45 dəqiqəni oynamışıq. Bu cür oyunlar 90 dəqiqəlik matç kimidir.  Rəqibimiz ciddidir. Heyətində hər an nəticəni dəyişə biləcək futbolçular var. Üstünlük əldə etmişik, ancaq bu, böyük üstünlük sayıla bilməz. 3-4 qol vursaydıq belə deyə bilərdik".

Gənc mütəxəssis 73-cü dəqiqədə zədələnən Nemanya Ancelkoviçin durumuna da toxunub:

"Rəqib oyunçu ilə toqquşmadan sonra çiynindən zədə aldı. Ağrıya dözmədiyi üçün əvəzləndi. Sabah müayinədən keçəcək".

Qeydə alınmayan qol barədə də danışan Sadıqov bunları deyib:

"Epizodun təkrarına baxdıq və təmiz qol olduğuna əmin olduq. Ondan sonra isə etiraz etməyə başladıq. Yenidən baxacağam. Təmiz qol olsa belə, onun məyusluğu ilə yaşaya bilmərik".

Nə düşünürsən?