PSJ şou göstərdi: 4 dəqiqəyə 3 qol

  • 23.01.2021
  • 0

Fransa La Liqasında PSJ doğma meydanda "Monpelye"ni qəbul edib. Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi rəqib komandaya darmadağınla qalib gəlib. Kilian Mbappe iki 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Bundan əlavə, 60, 61 və 63-cü dəqiqələrdə müvafiq olaraq Mbappe, Neymar və Mauro İkardi qola imza atıb. Bu qələbədən sonra PSJ xallarının sayını 45-ə çatdıraraq liderliyini möhkəmlədib. Oyunun icmalını təqdim edirik: PSJ - "Monpelye" 4:0 (K.Mbappe, 34, 63. Neymar, 61. M.İkardi, 63.)

Nə düşünürsən?