Pepe və Demiral arasında gərginlik: Yumruq atmaq istədi

  • 18.02.2021
  • 0

Çempionlar Liqasının 1/8 finalında baş tutan "Portu" - "Yuventus" (1:2) qarşılaşması gərgin anlarla yadda qalıb.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin məğlubiyyəti ilə bitən oyunun ikinci yarısında küncdən zərbə yerinə yetirilib. Topa zərbə endirmək istəyərkən isə Pepe və Merih Demiral arasında gərginlik yaşanıb. Bundan sonra əvvəllər "Beşiktaş"ın formasını geyinən portuqaliyalı futbolçu Demirala yumruq vurmaq istəyib. Pepenin bu hərəkətinə qarşı sakit davranan türk müdafiəçi məsələnin böyüməsinə izin verməyib. Əvəzində isə Pepe hakimə etiraz edərək, Merih ona vurduğunu iddia edib.

Həmin görüntüləri təqdim edirik:

 

 

Nə düşünürsən?