Messini dayandıra bilmədi

  • 28.02.2021
  • 0

La Liqanın 25-ci turunda "Barselona"  2:0 hesabıyla "Sevilya" üzərində qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Lionel Messinin də fərqləndiyi matçda maraqlı hadisə baş verib. Belə ki, "Sevilya"nın futbolçusu Joan Jordan Messini saxlamağa çalışsa da, alınmayıb. Son çarəni formasından tutub dartmaqda görən 26 yaşlı yarımmüdafiəçinin bu cəhdi də boşa çıxıb. Ortaya çıxan görüntülərsə, sosial şəbəkələrdə gündəm olub. 

Qeyd edək ki, fevralın 10-da "Sevilya" və "Barselona" arasında baş tutan Kral Kuboku qarşılaşmasında Lionel Messi Jordana qarşı kobudluq etmişdi. Hakim həmin epizoda reaksiya bildirməsə də, çoxları argentinalının "qırmızı" almalı olduğunu bildirib.

Nə düşünürsən?