Messi dubl etdi, "Barselona"dan çətin qələbə

  • 07.01.2021
  • 0

İspaniya La Liqasında 2-ci turun təxirə salınmış "Atletik" - "Barselona" oyunu baş tutub. Offsideplus.az xəbər verir ki, "Barselona" səfərdə çətin qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Lionel Messi dublla, 18 yaşlı Pedri isə 1 qol və baxımlı "daban" ötürməsi ilə yadda qalıb. Qeyd edək ki, La Liqa turnir cədvəlində 38 xalla "Atletiko Madrid" birinci, 36 xal toplayan "Real" isə ikincidir. Oyunun icmalını təqdim edirik: "Atletik" - "Barselona" 2:3 (İ.Uilliams, 3. İ.Munyain, 90. - Pedri, 14. L.Messi, 38, 62.)

Nə düşünürsən?