Məşhur jurnalist De Byazi ilə bağlı zarafat etdi, gündəm oldu

  • 22.06.2021
  • 0

"Sky Sport"un jurnalisti Canluka Di Martsio Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin İtaliya klublarından birini çalışdıra biləcəyini deyib. "Qafqazinfo" xəbər verir ki, o, İnstaqram hesabında bu barədə video paylaşıb.

Videoda italiyalı çalışdırıcının fotosunu göstərən məşhur jurnalist onun tezliklə hansısa klubun baş məşqçisi olacağını bildirib.

Onun bu paylaşımı İtaliya mətbuatında da gündəm olub.

"Qafqazinfo"ya açıqlama verən Azərbaycan yığmasının çalışdırıcısı De Byazi bundan xəbərsiz olduğunu deyib: "Məncə, bu barədə Di Martsionun özündən soruşun".

Canluka Di Martsio isə saytımıza açıqlamasında həmin video ilə bağlı danışıb. O bildirib ki, həmin görüntülər sadəcə zarafatdır: "Mən o videonu Albaniya millisinin qapıçısı Etrit Berişa ilə zarafat üçün paylaşmışam. Canni De Byazi heç yerə getmir".

Qeyd edək ki, Etrit Berişa Albaniya yığmasında Canni De Byazinin rəhbərliyi altında çıxış edib.

Nə düşünürsən?