Gümüşdən gözəl qol, "Fənərbağça" qələbə qazandı

  • 07.01.2021
  • 0

Türkiyə Superliqasının 17-ci turunda "Fənərbağça" - "Alanyaspor" matçı baş tutub. Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" ev oyununda 3 xal qazanıb. 2:1 hesabıyla "Alanyaspor" üzərində qələbə qazanan "Fənərbağça" xallarının sayını 32-yə çatdıraraq turnir cədvəlinin ikincisi olub. Hər iki qolunun ötürməsini verən Ozan Tufan "Fənər"in qol vurulmasına ən çox fayda verən futbolçu olub. O bu mövsüm 4-ü məhsuldar ötürmə olmaqla, 8 dəfə komandasına qol vurmaqda yardm edib. "Fənərbağça" - "Alanyaspor" 2:1 (S.Gümüş, 13. D.Pelkas, 69. - X.Babakar, 81. -pen.)

Nə düşünürsən?