Güləşçinin telefonuna gəlinin intim görüntüləri göndərildi

  • 20.08.2020
  • 49.9K baxış
  • 0

Sərbəst güləş üzrə ikiqat dünya çempionu rusiyalı Zaurbek Sidakovun toy ziyafətində qalmaqal yaşanıb və toy ləğv olunub. “Komsomolskaya Pravda” xəbər verir ki, Vladiqafqaz şəhərində keçirilən toy məclisində yüzlərlə qonaq iştirak edib. Toyun ikinci günü keçirilən ziyafət zamanı qonaqların və Z. Sidakovun telefonuna gəlinin intim videoları göndərilib. Həmin videonun başlığına Mədinə adlı qadının əxlaqdan kənar hərəkətləri yazılıb. Qeyd olunur ki, bu vasitə ilə ərə getməyə hazırlaşan gəlinin keçmiş sevgilisi Mədinədən qisas almaq qərarına gəlib. Görüntülərə baxan 24 yaşlı güləşçi ailə qurmağa hazırlaşdığı qadının saçlarından sürüyərək şadlıq evindən küçəyə atıb.Toy məclisi ləğv edilib.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?