Əfsanəvi futbolçuya ağır itki

  • 21.02.2021
  • 0

Braziliya yığması, “Barselona” və “Milan” komandalarının sabiq futbolçusu Ronaldinyonun anası yeni növ koronavirusdan (COVİD-19) həyatını itirib.
APA TV-nin “Diario Ole” nəşrinə istinadən verdiyi məlumata görə, futbolçu keçən ilin dekabrında anası Miqelina Eloi Dos Santosun COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Hələlik 2002-ci il dünya çempionatının qalibi anasının vəfat etdiyini təsdiqləməsə də, “Twitter” hesabında qara rəngli foto yerləşdirib.

Nə düşünürsən?