Azarkeşlər Qrizmannın avtomobilinə hücum etdi

  • 21.11.2020
  • 0

La Liqanın 10-cu turunda keçiriləcək “Atletiko” – “Barselona” matçı ərəfəsində xoşagəlməz hadisə baş verib. Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bir qrup “Barselona” azarkeşi klubun futbolçusu Antuan Qrizmannın avtomobilinə hücum edib. Onlar 29 yaşlı hücumçudan kapitann Lionel Messiyə daha yaxşı münasibət göstərməsini tələb ediblər.

Nə düşünürsən?