AZ
Video yüklə

Zəfər Kuboku turniri start götürüb

37 baxış İdman xəbərləri
İdman Araşdırmalar Mərkəzinin 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku start götürüb.

Bakı Olimpiya Stadionunda reallaşan yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, Sabah klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi iştirakçısı Ramin Yunusov ilə Daşqın Əziz və digər şəxslər iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra, meydan komandaların ixtiyarına verilib. Yarışda ümumilikdə 12 kollektiv mübarizə aparır. Turnirin açılış oyununda Zəngilan və Ağdam komandaları üz-üzə gəliblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.